RU

ABŞ yenidən “kimyəvi silah” həyəcanı yaratdı

Sitat.info saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ hakimiyyəti Karib dənizində narkotik daşıyan gəmilərə zərbələrin qanuniliyini “fentanil”in kimyəvi silah kimi istifadə olunma ehtimalı ilə izah edib.Sitat.info-nun Musavat.com-a istinadən məlumatına görə "The Wall Street Journal" mənbələrinə istinadla xəbər verir ki, həmin məlumatlar ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayılmış memorandum əsasında verilib. Memorandum bu yay hazırlanıb, lakin onun tam mətni hələ açıqlanmayıb.

Qəzetin məlumatına görə, memorandumda göstərilir ki, fentanil əvvəllər silah kimi istifadə olunub. Lakin Ədliyyə Nazirliyinin nümayəndəsi vurğulayıb ki, sənədin yekun nəticələri kimyəvi silah mövzusuna əsaslanmır. Əsas hüquqi əsas olaraq isə Tramp administrasiyasının narkokartelləri xarici terror təşkilatları kimi tanıması göstərilir ki, bu da onları qanuni hərbi hədəflər halına gətirir.

Memorandumun arqumentləri demokratlar və bəzi respublikaçılar arasında kəskin tənqidə səbəb olub. Hüquqi ekspertlər bildirirlər ki, bu addım ABŞ-ın beynəlxalq hüquq və hərbi əməliyyat prinsipləri baxımından ciddi müzakirələrə yol açır.

Bu açıqlama ABŞ-ın Latın Amerikası və Karib bölgəsindəki hərbi və hüquqi strategiyaları barədə yeni narahatlıqlar doğurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
2
sitat.info

3Источники