RU

Millimiz Şimali İrlandiya ilə qarşılaşır

Yazını böyüt
Yazını kiçilt

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.

Hafta.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Centenary” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Qarşılaşmanı Qazaxıstan və Maltadan olan hakimlər briqadası idarə edəcək.

15 noyabr

Şimali İrlandiya (U-19) - Azərbaycan (U-19)
“Centenary” stadionu, Ta Qali. Saat 17:30
Baş hakim: Sayat Karabayev (Qazaxıstan)
Baş hakimin köməkçiləri: Aleksey Dolqix (Qazaxıstan), Andrea Pavia Skiavone (Malta)
Dördüncü hakim: Ezekiel Barbara (Malta)

Избранный
42
7
hafta.az

10Источники