RU

Misir yeni viza layihəsini təsdiqləyib

Bakı. Trend:

Misir parlamenti ölkəyə giriş vizası xərclərini artıracaq qanunlayihəsinə düzəlişləri əvvəlcədən təsdiqləyib.

Trend-in “EgyptToday”yə istinadən verdiyi məlumata görə, sənəd sərhəd keçidməntəqələrində və xarici konsulluqlarda verilən hər bir giriş vətranzit vizası üçün 20 dollara qədər əlavə rüsum tətbiq olunmasınınəzərdə tutur. Qanun qəbul edildikdə, Misirə giriş vizasınınqiyməti hazırkı 25 dollardan təxminən 45 dollara qədər yüksələbilər.

Viza qiymətləri sonuncu dəfə 2014-cü ildə tək girişli vizanınqiyməti 15 dollardan 25 dollara qaldırıldıqda yenilənmişdi. 2017-ciildə çoxgirişli vizanın qiyməti 35 dollardan 60 dollara, beş illikçoxgirişli viza isə 700 dollara çatdırılmışdır.

Misir Turizm Palataları Federasiyası Baş nazir Mustafa Madbulivə Turizm naziri Şerif Fəthiyə müraciət edərək qanun layihəsininləğv olunmasını tələb edib.

Nəşr qeyd edir ki, düzəlişin məqsədi dövlətə əlavə maliyyə yüküyaratmadan Misirin xaricdəki diplomatik nümayəndəliklərininbinalarının və torpaqlarının inkişafı və modernləşdirilməsinidəstəkləməkdir.

Избранный
130
2
az.trend.az

3Источники