RU

Növbəti köç karvanı Zəngilan rayonunun Ağalı kəndinə çatıb

Noyabrın 14-də doğma yurduna yola salınan köç karvanı Ağalı kəndinə çatıb.

 

Pravda.az xəbər verir ki, bu mərhələdə Ağalı kəndinə 110 nəfərdən ibarət 41 ailəyə mənzillərin açarları təqdim edilib.

 

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Tarix: 14 Noyabr 2025, 17:33   
Избранный
85
4
pravda.az

10Источники