Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
London, 14 noyabr, AZƏRTAC
Bu gün Kral III Çarlzın 77-ci ad günüdür.
AZƏRTAC xəbər verir ki, Bukingem Sarayı Kral III Çarlzın 77-ci ad günü münasibətilə yeni fotoşəkil yayımlayıb. Millie Pilkington tərəfindən çəkilmiş şəkildə Kral Norfolk qraflığındakı Sandrinqam malikanəsində çoban əsası tutaraq poz verir.
Kral Çarlz ad gününü Kraliça Kamillanın müşayiətilə Cənubi Uelsdə keçirir. Onların bu günkü proqramına BBC-nin məşhur “Gavin and Stacey” serialının ulduzu Rut Cons ilə görüş də daxildir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.