RU

Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2592.7 kq qızıl, 3218.1 kq isə gümüş istehsal edilib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.6%, gümüş istehsalı isə 19% artıb.

Qeyd edək ki, 2025-cü il noyabr ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 69.7 kq və 699.1 kq təşkil edib.

Xatırladaq ki, 2024-cü il ərzində ölkədə 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
69
11
apa.az

10Источники