Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4562,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft məhsullarından mazut istehsalı 2,1 dəfə, neft koksunun istehsalı 10,1 faiz, qazoylların (dizel yanacağının) istehsalı 7,2 faiz, ağ neft istehsalı 4,9 faiz, avtomobil benzininin istehsalı isə 2 faiz artıb.
Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 9,8 faiz, sürtkü yağları istehsalı isə 45,6 faiz azalıb.
Azərbaycanda istehsal olunan neftməhsulları:
| Məhsul növləri | 2025-ci ilin yanvar-oktyabr aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.10.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
| Avtomobil benzini, min ton | 1 225,2 | 102,0 | 83,7 |
| Ağ neft, min ton | 582 | 104,9 | 25,5 |
| Qazoyllar (dizel yanacağı), min ton | 2109,3 | 107,2 | 148,6 |
| Mazut, min ton | 57,6 | 2,1 d. | 0,6 |
| Sürtkü yağları, min ton | 30,6 | 54,4 | 1,2 |
| Maye qazlar, min ton | 190 | 114,3 | 2,6 |
| Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton | 634,7 | 66,9 | 47,9 |
| ondan: neft bitumu, min ton | 213,7 | 90,2 | 9,1 |
| neft koksu, min ton | 191,3 | 110,1 | 38,3 |