Payız mövsümünün gəlişi ilə təzə çəkilmiş şirələrin dövrü başlayır. Alma, yerkökü və çuğundurdan hazırlanmış şirə həm cismə, həm də əqlə faydalı olan saysız-hesabsız keyfiyyətləri sayəsində əsl sehrli içki sayılır. Orqanizmə şəfaverici təsiri və çox asan hazırlanması bu şirəni bütün dünyada populyar edib. Bunun üçün sadəcə bazardan alma, yerkökü və çuğundur alıb, onları şirəçəkən maşından keçirmək lazımdır. Vəssalam. Sağlamolun.az xəbər verir ki, tərkibində cəmi iki tərəvəzin və bir meyvənin olmasına baxmayaraq, bu şirə çox bəsləyicidir. Belə ki, almanın tərkibində A, B1, B2, B6, C, E və K vitaminləri, habelə fol turşusu, sink, maqnezium, kalium, fosfor, kalsium, natrium və dəmir kimi maddələr var. Yerkökü A, B1, B2, B3, C, E və K vitaminləri, nikotin və pantoten turşuları, habelə kalsium, maqnezium və selenlə zəngindir. Yerkökü bütöv şəkildə deyil, məhz şirə halında maksimum faydalıdır. Çuğundur ürək-damar xəstəliklərinin qarşısını alır. Bu tərəvəz A, C, B qrupu vitaminləri, dəmir, mis, maqnezium, kalsium, habelə qocalmanı yavaşıdan digər bəsləyici maddələrlə zəngindir. Gün ərzində orqanizmi gümrah vəziyyətdə saxlamaq məqsədi ilə onu bütün zəruri bəsləyici maddələrlə təmin etmək, habelə ona uzunmüddətli faydalı təsir göstərmək üçün alma, yerkökü və çuğundurun kombinasiyası yetərlidir.Saglamolun.Az