RU

İllərlə ayrılan bu qədər puldan sonra… – Kamran Ağabalayev

Kamran Ağabalayev: “Milyonlarla manat kinoya xərcləndi, amma nə tamaşaçı qaldı, nə də film”

Azərbaycanlı aktyor Kamran Ağabalayev ölkədə kinoya ayrılan dövlət vəsaitləri ilə bağlı tənqidi fikirlər səsləndirib.

Minval.info xəbər verir ki, sənətçi bu barədə “facebook” hesabında paylaşım edib.

“İllər boyu filmlərə dövlət pul ayırdı… Amma ortaya nə çıxdı? Milyonlarla manat büdcə vəsaiti “kino inkişafı” adı ilə xərcləndi, amma nə tamaşaçı qaldı, nə də yadda qalan filmlər”, – deyə aktyor yazıb.

Ağabalayev əlavə edib ki, Azərbaycan kinosu illərdir xalqdan uzaq düşüb:

“Bizim kinomuz sanki xalqdan uzaq düşdü — ekranda nə özümüzü, nə də həyatımızı görürük. Əgər illərlə ayrılan bu qədər puldan sonra nəticə yoxdursa, indi dövlət niyə yenə kinoya pul ayırsın? Əgər sistem eyni qalacaqsa, nəticə də dəyişməyəcək. Kino sadəcə maliyyə layihəsi deyil, bir millətin mədəni güzgüsüdür. Pul rejissorun azad düşüncəsinə, gənc yaradıcı insanların səsinə, ssenarilərə getməlidir, yoxsa kabinetlərdə “hesabat filmlərinə” çevriləcək”.

Sənətçi qeyd edib ki, kinonun dirçəlməsi üçün azadlıq və dürüstlük vacibdir:

“Əsl kino azadlıqla yaranır. Dürüst, cəsarətli və xalqla danışan kino olmasa — nə qədər pul xərcləsək də, boşdur. Vallah, ayrılmasın, ayrılmasın bilək ayrılmadı və heç kim yeməyəcək”.

Minval.info

Избранный
126
3
minval.info

9Источники