RU

FSB yüksək rəsminin qətlini güldana gizlədilmiş bomba ilə önlədi

 

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ölkənin ən yüksək səviyyəli dövlət rəsmilərindən birinə qarşı planlaşdırılan terror aktının qarşısının alındığını açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumata görə, sui-qəsd Moskvanın Troyekurovskoye qəbiristanlığında – hədəf şəxsin yaxın qohumlarının məzarları ətrafında həyata keçirilməli imiş. Cinayətkarlar partlayıcı qurğunu çiçək vazasının içində gizlədilmiş videokamera kimi quraşdıraraq diqqəti yayındırmağa çalışıblar.

FSB-nin İctimai Əlaqələr Mərkəzi bildirir ki, terror aktı üçün hazırlanan mexanizm uzaqdan idarə olunmalı idi və yüksək rütbəli rəsmiyə qəbiristanlıq ziyarəti zamanı işə salınacaqdı. İstintaq nəticəsində hadisədə iştirak edən üç nəfərin şəxsiyyəti müəyyən olunub: iki rusiyalı həyat yoldaşı və Mərkəzi Asiyadan olan bir miqrant. Saxlanılan şəxslərin hamısının Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə hərəkət etdiyi iddia olunur.

FSB təhlükəsizlik səbəblərinə görə sui-qəsdin hədəfinin kim olduğunu açıqlamır, lakin mənbələr bu hadisəni “yüksək səviyyəli siyasi xarakterli sui-qəsd cəhdi” kimi qiymətləndirirlər. Hazırda istintaq qruplaşmanın əlaqələrini, maliyyə kanallarını və sifarişçi strukturların kimliyini araşdırmaqda davam edir.

Musavat.com

Избранный
411
11
musavat.com

10Источники