Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.
Aznews.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 19,8 % artaraq 962,1 milyon ABŞ dolları olub.
Bundan başqa, hesabat dövründə şəkərin ixrac dəyəri 49,6 %, meyvə-tərəvəzin ixrac dəyəri 30 %, kimya sənayesi məhsullarının ixrac dəyəri 22,8 %, pambıq ipliyin ixrac dəyəri 8,8 %, alüminium və onlardan hazırlanan məmulatların ixrac dəyəri isə 3,8 % artıb.