RU

Ayxan Abbasov: Əlimizə düşən fürsətləri qola çevirsəydik, bəlkə də başqa ssenari ola bilərdi

Bakı, 13 noyabr, AZƏRTAC

İkinci hissədə yaxşı oynadıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya yığmasına 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib

O, futbolçularının əllərindən gələni etdiklərini bildirib: “Sonadək döyüşdük. İslandiya millisi bu matça final kimi baxırdı. İkinci yarıda qol şanslarımız oldu. Bəlkə də fərqlənsəydik, başqa ssenari ola bilərdi. Qarşıda bizi Fransa ilə görüş gözləyir. Həmin oyunda da əlimizdən gələni edəcəyik”.

Mütəxəssis millidə debüt edən Rüfət Abdullazadə, Aydın Bayramov və Rüfət Abbasov haqqında da danışıb: “Onlar əllərindən gələni etdilər. Biz həmin futbolçuları qazanırıq”.

Mütəxəssis hakim haqqında da danışıb: “Bizə qarşı qərəzli qərarları hiss olunurdu. Mənə görə rəqibin qapısına penalti verilməli idi. Rüstəmin sarı vərəqəsi yersiz idi. Növbəti görüşü buraxacaq.

Ukrayna ilə müqayisədə İslandiya daha yaxşı komandadır. Təəssüf ki, sadə qollar buraxdıq. Qəbul edək ki, qrupda olan komandalar bizdən üstündür. İndi millidən böyük nəticə gözləmək tezdir. Məqsədimiz Millətlər Liqasında C Liqasına qayıtmaqdır”.

Избранный
50
azertag.az

1Источники