RU

“Qalatasaray”la yollarını ayırması real görünür - Münasibətləri korlanıb

Argentinalı hücumçu Mauro İkardinin “Qalatasaray”la yollarını ayırması real görünür.

Sportinfo.az “Hürriyet”-ə istinadən xəbər verir ki, klub daxilində münasibətlər korlanıb, bu isə ötən həftəsonu baş verən mövsümdəki ilk məğlubiyyətdə də özünü göstərib.

“Qalatasaray”ın idman direktoru Türkan Bolayır bəzi futbolçuları məsuliyyətsizlikdə ittiham edib və onların arasında İkardinin də adını çəkib:

“O, qaça, artıq çəkidən qurtula bilmir, amma şəxsi keyfiyyətlərinə və xarizmasına arxalanmağa çalışır. Belə olmaz. Futbolçu bir əsgərdir. Tələblərə hörmət etmirsə, “Qalatasaray”da oynaya bilməz”.

İkardi 2023-cü ildən İstanbul klubunun heyətində çıxış edir.

Избранный
17
sportinfo.az

1Источники