BAKI, 13 noyabr. TELEQRAF
"Qələbə qazanmağı arzu edirdik. Azarkeşlərin də dəstəyi möhtəşəm idi. Oyundan xalla ayrılmaq istəyirdik, amma buna nail ola bilmədik".
Bunu Teleqraf-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə İslandiyaya 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.
Yığmamızın üzvü Fransa millisi ilə qarşıdakı oyundan da söz açıb:
"Fransaya qarşı möhtəşəm olacaq. Evdə oynayacağıq. Biz də azarkeşlərə belə güclü komandaya qarşı nəyə qadir olduğumuzu göstərməliyik".