“Napoli”nin yarımmüdafiəçisi Andre-Frank Zambo-Angissanın zədəsi ilə bağlı rəsmi açıqlama yayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçuda budun iki başlı əzələsinin qopması diaqnozu təsdiqlənib və o, artıq reabilitasiyaya başlayıb.
Zədələnmə Zambo-Angissanın Kamerun millisində məşq zamanı baş verib.
Qeyd edək ki, yarımmüdafiəçi oktyabr ayında Seriya A-nın ən yaxşı oyunçusu seçilmişdi və “Napoli” hazırda çempionluq uğrunda mübarizə aparır.