RU

Su-30 təyyarəsi qəzaya uğradı — ekipaj həlak olub

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Kareliyada baş verən aviasiya qəzası ilə bağlı rəsmi açıqlama yayıb.

Məlumata görə, bu gün Moskva vaxtı ilə saat 19:00 radələrində Kareliya Respublikasında planlı təlim-məşq uçuşu həyata keçirən Su-30 tipli hərbi təyyarə qəzaya uğrayıb.

Nazirliyin məlumatında bildirilir ki, təyyarə yaşayış olmayan səhralıq əraziyə düşüb və uçuş silah-sursat olmadan yerinə yetirilirmiş.

Rəsmi açıqlamada qeyd edilib ki, təyyarənin hər iki pilotu həlak olub.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

 

Musavat.com

Избранный
83
musavat.com

1Источники