RU

Macarıstanın səfiri TÜRKPA Baş katibi ilə görüşüb

Yazını böyüt
Yazını kiçilt

Bu gün Macarıstanın ölkəmizdəki səfiri Tamaş Torma Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsənə nəzakət ziyarəti edib.

Hafta.az-ın yazdığına görə, səfir Torma Ramil Həsəni TÜRKPA-nın Baş katibi olaraq vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edərək ona vacib missiyasında davamlı uğurlar arzulayıb.

Ramil Həsən də səfir Tormaya minnətdarlığını bildirərək Macarıstanın TÜRKPA üçün vacib tərəfdaş və qardaş ölkə kimi rolunu vurğulayıb, onun Türk əməkdaşlıq platformasına əlavə dəyər qatdığını qeyd edib. Cənab Həsən Macarıstanın Türk dövlətləri ilə Avropa arasında dialoq körpüsü rolunu oynamaqla ortaq dəyərlərin və qarşılıqlı anlaşmanın təşviqinə töhfə verdiyini də bildirib.

Baş katib cənab Tormaya Assambleyanın gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib. Xüsusilə üzv və müşahidəçi parlamentlərin nümayəndə heyətlərinin rəhbərləri və üzvlərinin beynəlxalq parlament təşkilatlarının iclasları çərçivəsində görüşlərinin təşkili, həmçinin TÜRKPA parlament sədrlərinin illik qeyri-rəsmi görüşlərinin keçirilməsi məsələlərini diqqətə çatdırıb. O, Macarıstanın bu təşəbbüslərdə iştirakının alqışlandığını və TÜRKPA üçün əhəmiyyətli hesab edildiyini vurğulayıb.

Müzakirələr zamanı tərəflər ümumi maraqların qorunması və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb. Həmçinin qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən parlament diplomatiyası və beynəlxalq təşkilatlar çərçivəsində birgə təşəbbüslərdə əməkdaşlığın yeni perspektivlərinin inkişaf etdirilməsi istiqamətində növbəti addımları müzakirə ediblər.

Görüşdə, həmçinin Baş katibin müavini Məhəmməd Alper Hayali və Komissiya katibi Aynurə Abutalıbova da iştirak ediblər.

Избранный
283
35
hafta.az

10Источники