RU

Ermənistan-Macarıstan matçında təxribat: Ramil Səfərova işarə etdilər – FOTO

Ermənistan-Macarıstan futbol matçı zamanı erməni azarkeşlər təxribata əl atıb.

Bu barədə “Xronika Kavkaz” teleqram kanalı məlumat yayıb.

Belə ki, azarkeşlərin qaldırdığı bannerin üzərində “Ermənistana xoş gəlmisiniz. Burada dinc yata bilərsiniz” sözləri yazılıb.

Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bannerin mətninin 2004-cü ilin fevralında Budapeştdə baş vermiş hadisəyə – azərbaycanlı hərbçi Ramil Səfərov tərəfindən erməni terrorçu Qurgen Marqaryanın məhv edilməsinə eyham olduğu bildirilir.

Qeyd edək ki, UEFA-nın qaydalarına əsasən, stadionlarda nifrət çağırışları və siyasi məzmunlu mesajların nümayişi ciddi şəkildə qadağandır.

Globalinfo.az

Ermənistan-Macarıstan

Избранный
16
1
editor.az

2Источники