RU

Əlimizə düşən fürsətləri qola çevirsəydik, bəlkə də...

İkinci hissədə yaxşı oynadıq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya yığmasına 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib

O, futbolçularının əllərindən gələni etdiklərini bildirib: “Sonadək döyüşdük. İslandiya millisi bu matça final kimi baxırdı. İkinci yarıda qol şanslarımız oldu. Bəlkə də fərqlənsəydik, başqa ssenari ola bilərdi. Qarşıda bizi Fransa ilə görüş gözləyir. Həmin oyunda da əlimizdən gələni edəcəyik”.

Mütəxəssis millidə debüt edən Rüfət Abdullazadə, Aydın Bayramov və Rüfət Abbasov haqqında da danışıb: “Onlar əllərindən gələni etdilər. Biz həmin futbolçuları qazanırıq”.

Избранный
4
1
sia.az

2Источники