Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, D qrupunda yer alan millimiz 5-ci tur çərçivəsində İslandiya yığmasını qəbul edib.
8-ci km stadionunda keçirilən görüşü Monteneqrodan olan hakimlər idarə ediblər.
Yığmamız səfərdə 0:5 hesabıyla uduzduğu bu rəqibdən qisas almağa çalışsa da, yenə istəyinə çata bilməyib.
Milli komandamız hazırda 1 xalla bu qrupun sonuncusudur.
Qrupun bu gün keçiriləcək digər oyununda Fransa Ukraynanı qəbul edəcək.
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
13 noyabr
Azərbaycan - İslandiya 0:2
Qollar: Albert Qudmundsson, 20. Sverrir İnqason, 39.
Baş hakim: Nikola Dabanoviç (Monteneqro)
8-ci km qəsəbə stadionu. Saat 21:00.
Azərbaycan: 12. Aydın Bayramov, 3. Rüfət Abbasov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 7. Toral Bayramov, 8. Emin Mahmudov (k), 10. Nəriman Axundzadə, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 19. Xəyal Əliyev, 20. Abdulla Xaybullayev.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 6. Səbuhi Abdullazadə, 9. Renat Dadaşov, 11. Rüstəm Əhmədzadə, 15. Bədavi Hüseynov, 16. Ceyhun Nuriyev, 17. Rüfət Abdullazadə, 18. Cəlal Hüseynov, 21. Qismət Alıyev, 22. Anatoli Nuriyev.
Baş məşqçi: Ayxan Abbasov.
İslandiya: 1. Elias Olafsson, 3. Daniel Qretarsson, 4. Viktor Palsson, 5. Sverrir İnqason, 7. Yohann Qudmundsson, 8. İsak Berqmann Yohanesson, 9. Hakon Arnar Haraldsson (k), 10. Albert Qudmundsson, 16. Mikael Ellertsson, 20. Kristian Hlinsson, 22. Andri Qudyonsen.
Ehtiyat oyunçular: 12. Hakon Valdimarsson, 13. Anton Eynarsson, 6. Gisli Tordarson, 11. Yon Daqur Torsteynsson, 15. Brinyolfur Villumsson, 16. Stefan Tordarson, 17. Aron Qunnarsson, 18. Andri Baldursson, 19. Byarki Byarkason, 21. Daniel Qudyonsen, 23. Hordur Maqnusson.
Baş məşqçi: Arnar Qunnlauqsson.