RU

İslandiyaya Bakıda da məğlub olduq – YENİLƏNİB

Bu gün Azəbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində 5-ci tur matçına çıxıb.

İdmanxeber.az xəbər verir ki, Ayxan Abbasovun komandası evdə İslandiya ilə qarşılaşıb. “Neftçi Arena”da keçirilən  oyun rəqibin qələbəsilə başa çatıb – 2:0.

Millimiz daha əvvəl qrupakı oyunlarında Ukrayna ilə 1:1 hesablı heçheçə edib, bu rəqibə 1:2 hesabı ilə uduzub və Fransaya 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, millimiz noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanı qəbul edəcək. Oyun saat 21:00-da start götürəcək. 

DÇ-2026, seçmə mərhələ, 5-ci tur

13 noyabr

D qrupu

21:00. Azərbaycan – İslandiya 2:0

Qol: Albert Qudmunsson, 20, Sverrir İnqason, 39

Hakimlər: Nikola Dabanoviç, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (Monteneqro)

VAR: Momçilo Markoviç (Serbiya)

AVAR: Aleksandar Jivkoviç (Sebiya)

Избранный
21
1
idmanxeber.az

10Источники