RU

"Puşkaş mükafatı"na 3 namizəd - Yamalın qolu da siyahıdadır

FİFA ötən mövsümün ən gözəl qollarının siyahısını dərc edib.

Sportal.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası "Puşkaş mükafatı"na namizədlərin siyahısını təqdim edib. Siyahıya 11 avqust 2024-cü ildən 2 avqust 2025-ci ilədək vurulan qollar daxil edilib. Qalibi azarkeşlər və mütəxəssislər müəyyənləşdirəcək.

Siyahıya aşağıdakı futbolçuların qolları daxildir:

– Alerrandro – 19 avqust 2024-cü ildə, “Vitoriya”nın heyətində, “Kruzeiro”ya vurduğu qol;

– Alessandro Deyola – 18 may 2025-ci ildə, “Kalyari”nin heyətində, “Venesiyə” vurduğu qol;

– Pedro de la Vega – 31 iyul 2025-ci ildə, “Krus Asul”un heyətində, “Sietl Sonders”ə vurduğu qol;

– Santiago Montyel – 11 may 2025-ci ildə, “İndependyente Rivadavya”nın heyətində, “İndependyente”yə vurduğu qol;

– Amr Nasser – 17 aprel 2025-ci ildə, “Əl-Əhli”nin heyətində, “Farko”ya vurduğu qol;

– Karlos Orrantiya – 16 aprel 2025-ci ildə, “Keretaro”nun heyətində, “Atlas”a vurduğu qol;

– Lukas Ribeyro – 21 iyun 2025-ci ildə, “Borussiya”nın heyətində, “Mamelodi Sandauns”a vurduğu qol;

– Deklan Rays – 8 aprel 2025-ci ildə, “Arsenal”ın heyətində, “Real”a vurduğu qol;

– Rizki Ramadani – 9 mart 2025-ci ildə, “Arema”nın heyətində, “Persiciya”ya vurduğu qol;

– Kevin Rodriqes – 9 fevral 2025-ci ildə, “Rizespor”un heyətində, “Kasımpaşa”ya vurduğu qol;

– Lamin Yamal – 15 may 2025-ci ildə, “Barselona”nın heyətində, “Espanyol”a vurduğu qol.

saytlarin hazirlanmasi

Избранный
16
1
sportal.az

2Источники