RU

“Fənərbağça”nın futbolçuları barədə həbs tələbi

“Qalatasaray” – “Fənərbaxça” derbisi ilə bağlı məhkəmədə yeni qərar

“Qalatasaray” və “Fənərbağça” arasında 19 may 2024-cü ildə keçirilən derbidən sonra baş verən insidentlərlə bağlı məhkəmə prosesində yeni inkişaf qeydə alınıb. İstanbul Ədliyyə Sarayının 3-cü Asliye Cəza Məhkəməsində keçirilən iclasda oyun sonrası davaya qarışan beş nəfər barəsində prokuror rəyini açıqlayıb.

Minval.info xəbər verir ki, onların arasında “Fənərbağça”nın futbolçuları Ceyden Oosterwolde və Mert Hakan Yandaş da var. Prokuror hər iki futbolçu da daxil olmaqla təqsirləndirilən şəxslər üçün 15 gündən 3 il 4 ay 15 günədək həbs cəzası tələb edib.

İttihama əsasən, təqsirləndirilən şəxslərə “bədəndə sümük sınığına və ya çıxığına səbəb olmaqla qəsdən xəsarət yetirmə” və “idman obyektlərində iğtişaş yaratmaq, əmlaka zərər vurmaq” maddələri ilə cinayət işi açılıb.

Məhkəmə vəkillərə müdafiə təqdim etmək üçün vaxt verib və proses 15 yanvar 2026-cı il tarixinə qədər təxirə salınıb.

İddianaməyə əsasən, Oosterwolde, Mert Hakan Yandaş və digər təqsirləndirilən şəxslər üçün 2 il 3 aydan 6 il 9 aya qədər həbs cəzası istənilir. Hadisə ilə bağlı məhkəmə prosesi davam edir.

Minval.info

Избранный
17
minval.info

1Источники