RU

2022-ci ilə qədər ölkələr Ermənistana silah satmaq istəməyib - Birindən başqa

"2022-ci ilə qədər yalnız bir ölkə Ermənistana silah satmağa hazır idi. Bu, Rusiya idi".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlament iclasında Ermənistanın 2026-cı il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

O bildirib ki, digər ölkələr Ermənistana silah satmaqdan imtina ediblər.

"Digərləri niyə satmayıblar? Çünki onların sözlərinə görə, bizə satılan silahları beynəlxalq səviyyədə tanınmış suveren ərazimizi müdafiə etmək üçün istifadə edəcəyimizə dair heç bir zəmanətləri yox idi. Üstəlik, onlar bizim onları beynəlxalq səviyyədə tanınmış ərazimizdən kənarda istifadə edəcəyimizə əmin olduqlarını bildiriblər. Bu, onlar üçün qəbuledilməz idi. Bu yol bizim üçün 6 oktyabr 2022-ci ildən, ölkəmizin ərazi bütövlüyünü tanıdığımızı elan etdikdən sonra açılıb", - Paşinyan deyib.

Избранный
19
2
unikal.az

1Источники