RU

Əkinə yararlı torpaq sahələrini zəbt edənlərin biri icra başçılarıdır - Prezident dəqiq dedi…


Natiq Cəfərli: “İcra hakimiyyəti institutu artıq özünü doğrultmur, bu qurumların fəaliyyəti şəffaf deyil”

"Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir". Bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır: "Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir".

“Torpaqdan istifadə ilə bağlıhesabatın çox verilməsi və şəffaflığın təmini qanunvericilik çərçivəsində artırılmalıdır”

Məlum məsələ ilə bağlı fikir bildirən iqtisadçı ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu məsələ illərdir müzakirə olunur: “Əkin üçün yararlı torpaqların məmurlar tərəfindən zəbt olunmasımediada dəfələrlə işıqlandırılıb. Problemin həlli yolu şəffaflıqdan keçir. Yerli özünü idarəetmə institutları özünü gücləndirməlidir. Hesab edirəm ki, icra hakimiyyəti institutu artıq özünü doğrultmur, bu qurumların fəaliyyəti şəffaf deyil. Bu səbəbdən də yerli özünü idarəetmə institutları gücləndirilməlidir. Torpaqdan istifadə ilə bağlıhesabatın çox verilməsi və şəffaflığın təmini qanunvericilik çərçivəsində artırılmalıdır”.

Günel CƏLİLOVA

Избранный
32
baki-xeber.com

1Источники