RU

Baş nazir: Ermənistanın xarici borcu silah alışı səbəbindən artıb

Ermənistanın xarici borcu silah alışı səbəbindən artıb.

Bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə büdcə layihəsinə həsr olunmuş çıxışı zamanı müxalifətə cavabında belə deyib.

“Bizi qınayırlar ki, borc niyə 8 milyard dollara qədər artıb, biz bu vəsaitlə nə etmişik? Danışmaq istəmirdim, amma deyəcəyəm: silah aldıq. Kredit vəsaitləri ilə? Bəli, kredit vəsaitləri ilə, çünki bizə dərhal çox silah lazım idi”, – o vurğulayıb.

MənbəAPA
Избранный
13
3
banker.az

4Источники