Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, xarici borcun artmasının səbəblərindən biri silah alışıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə parlamentdə büdcə layihəsi ilə bağlı çıxışı zamanı müxalifətin ittihamlarına cavab verərkən deyib.
“Bizi tənqid edirlər, deyirlər ki, niyə borc 8 milyard dollara çatıb? Demək istəmədim, amma alacağam – biz borc pulla silah aldıq, çünki bir anda çoxlu silah lazım idi”.