RU

Ararat Mirzoyan Gürcüstana səfər edəcək

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 13-də Gürcüstana rəsmi səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, Mirzoyan səfər çərçivəsində gürcü həmkarı Maka Boçorişvili ilə görüşəcək. Tərəflər strateji tərəfdaşlıq və regional əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Görüşdən sonra nazirlər mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.

XİN başçısının Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili ilə də görüşləri planlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
4
apa.az

8Источники