RU

Ermənistan XİN rəhbəri Gürcüstana səfər edəcək

Ermənistan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 13-də Gürcüstana rəsmi səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, Mirzoyan səfər çərçivəsində gürcü həmkarı Maka Boçorişvili ilə görüşəcək. Tərəflər strateji tərəfdaşlıq və regional əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Görüşdən sonra nazirlər mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.

XİN başçısının Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili ilə də görüşləri planlaşdırılıb.

Избранный
19
5
xalqcebhesi.az

8Источники