RU

"Vacib vəzifə tapşırılan bəzi məmurlar hələ də vəzifələrinin öhdəsindən gələ bilmirlər" - Komitə sədri

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni icra başçılarını qəbul edərkən çox vacib məsələlərə toxundu, bu məsələləri xüsusilə rəhbər kadrların hazırlığına, onların davranışına, mənəviyyatına, xalqa münasibətinə aid gündəmə gətirdi və özünün dəyərli tapşırıqlarını verdi".

Bu fikirləri Redaktor.az-a Prezident İlham Əliyevin icra başçıları ilə görüşünü şərh edən Milli Məclisin komitə sədri Tahir Rzayev bildirdi.

Onun sözlərinə görə, etimad göstərilən, vacib vəzifə tapşırılan bəzi məmurlar hələ də onların qarşısına qoyulan vəzifələrin öhdəsindən gələ bilmirlər və gəlmək istəmirlər:

"Vəzifəyə keçdikdən sonra acgözlük, təkəbbür, insanlara laqeyd münasibət bir çox hallarda onların rəhbərlik etdikləri kollektivdə ciddi problemlər yaradır. Buna görə də ölkə rəhbəri həmişə bildirir ki, biz xalqın xidmətçisiyik. Vəzifəyə insanlar üçün gəlmişik və onların qayğıları, problemləri ilə yaşamaq bizim borcumuzdur. Bu, çox vacib bir vəzifədir və ölkə rəhbəri öz şəxsi fəaliyyəti, istəkləri, həyata keçirdiyi tədbirlər, insanlara münasibəti ilə daim bir nümunə olub və bu nümunəni də digərlərinə öyrətməyi tövsiyə edib. Ancaq çox təəssüflər olsun ki, bəziləri bunu lazımi qiymətləndirə bilmirlər. Ona görə də bəzi dövlət məmurları, nazirlər, nazir müavinləri, icra başçıları, vəzifə tutan şəxslər öz vəzifələrinə laqeyd yanaşdıqlarına, etimadı qiymətləndirmədiklərinə, insanlarla kobud rəftarlarına, rüşvətxorluğa, əliəyirliyə yol verdiklərinə görə vəzifələrindən azad olunurlar və ağır cəzalara layiq görülürlər. Elə də olmalıdır, çünki vəzifə xalqa görə verilir. Xalqın qayğılarına, onların istəyinə görə hər bir kəs vəzifədə rolunu qiymətləndirməyi bacarmalıdır. Əks təqdirdə, o, tutduğu vəzifəni saxlaya bilməz. Cənab İlham Əliyev də yeni icra başçılarını qəbul edərkən onlara bir daha özünün dəyərli məsləhətlərini verdi, fəaliyyət yollarını göstərdi və gələcək üçün nələrin vacib olduğunu xatırlatdı".

Nuriyyə NATİQQIZI

Избранный
15
redaktor.az

1Источники