RU

Mərc oyunları: Millimizin sabiq üzvü futboldan kənarlaşdırıldı

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan millisinin formasını geyinmiş Mərt Çelik futboldan kənarlaşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Futbolçunun əzalanmasına səbəb mərc oyunları ilə bağlı fəaliyyəti olub. 25 yaşlı müdafiəçi 45 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.

Bundan əlavə, "Qalatasaray" klubundan Eren Elmalı, Metehan Baltacı ilə birlikdə 100-dən çox futbolçu eyni səbəbdən müəyyən müddətə futboldan kənarlaşdırılıb.

Məlumata görə, E.Elmalı 45 gün, M.Baltacı isə 9 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Mert Çelik Azərbaycanda "Neftçi" və "Səbail"də çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
39
4
axar.az

5Источники