Fransanın keçmiş prezidenti Nikola Sarkozinin şikayətinə gələn ilin mart-iyun ayları arasında baxılacaq.
Publika.az xəbər verir ki, bu barədə Paris Apellyasiya Məhkəməsi məlumat yayıb.
Sabiq prezident 2007-ci ildə seçki kampaniyası üçün Liviya hakimiyyətindən 50 milyon avro almaqda ittiham olunur.
Qeyd edək ki, keçmiş Fransa lideri oktyabrın 21-də Parisin Sante həbsxanasına aparılıb, bundan sonra vəkilləri onun azadlığa buraxılmasını və məhkəmə nəzarəti altına alınmasını istəyiblər.