RU

Türkiyə Müdafiə Nazirliyi “C-130” təyyarələri ilə bağlı QƏRAR VERDİ

Türkiyə “C-130” təyyarələrinin uçuşlarını müvəqqəti dayandırdı

Minval.info xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstan ərazisində “C-130” tipli hərbi yük təyyarəsinin qəzaya uğramasından sonra inventarda olan bu təyyarələrin uçuşlarını müvəqqəti dayandırıb.

Nazirlik hadisə ilə bağlı yayılan iddialara da aydınlıq gətirib:

  1. Təyyarədə sursat daşınırdı?

  • Təyyarədə yalnız hərbi personal və texniki xidmət ləvazimatı olub. Heç bir sursat daşınmayıb.

  1. Qəzanın səbəbi barədə ilkin nəticə varmı?

  • Hazırda texniki araşdırmalar davam edir. Nəticələr tamamlandıqdan sonra qəzanın səbəbi açıqlanacaq.

  1. Radar qeydlərində bölgədə helikopter görünübmü?

  • Təyyarə ilə əlaqə kəsildikdən sonra Gürcüstana məxsus bir helikopter hadisə yerinə göndərilib və təyyarə ilə əlaqə qurmağa çalışıb.

  1. Təyyarə Səudiyyə Ərəbistanından alınıb?

  • “C-130” təyyarəsi 21 yanvar 2012-ci ildə Səudiyyə Ərəbistanından alınmış, 2014-cü ildə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edilmişdir. 2022-ci ildən etibarən modernizasiya olunmuş vəziyyətdə xidmət göstərirdi.

  1. Təyyarə köhnə və ya texniki cəhətdən nasaz idimi?

  • Qəzaya uğrayan C-130-lar planlı texniki xidmətlərlə baxılmışdır. Araşdırmalar göstərib ki:

    • Təyyarəyə Erciyes Avionik modernizasiyası tətbiq edilib;

    • Gövdə, mühərrik və pervanelərin texniki baxışları vaxtında yerinə yetirilib;

    • Son texniki baxış 11 sentyabr – 12 oktyabr 2025 tarixləri arasında keçirilib.

  1. “Qara qutu” Türkiyəyə gətirilibmi?

  • Qəzaya uğrayan təyyarənin uçuş məlumatlarının qeyd cihazı (FDR) və kabin səs yazısı cihazı (CVDR) Türkiyəyə gətirilib və hazırda Ankarada araşdırılır.

  1. Digər C-130 təyyarələrinin uçuşları davam edəcəkmi?

  • 12 noyabr 2025-ci ildən etibarən bütün “C-130” təyyarələrinin uçuşları ehtiyat tədbiri olaraq dayandırılıb. Texniki yoxlamalar tamamlandıqdan sonra uçuşlara mərhələli şəkildə yenidən icazə veriləcək.

Minval.info

Избранный
150
50
minval.info

10Источники