RU

Gürcüstanın sabiq Baş naziri qiyabi həbs olunub - YENİLƏNİB

Gürcüstanın keçmiş Baş naziri, müxalif “Qaxariya naminə Gürcüstan” partiyasının lideri Giorgi Qaxariya barəsində qiyabi qaydada həbs qətimkan tədbiri seçilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.

Qərarla Gürcüstan Baş Prokurorluğunun vəsatəti təmin olunub.

***

15:28

Gürcüstanın sabiq Baş naziri, müxalif “Qaxariya naminə Gürcüstan” partiyasının lideri Giorgi Qaxariyanın ekstradisiyası tələb oluna bilər.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamenti sədrinin birinci müavini Gia Volski bildirib.

O, istintaqın sübutlara malik olduğunu qeyd edib.

“Müvafiq qurum Qaxariyanın ekstardisiyasının tələb olunub-olunmaması barədə qərar qəbul edəcək. Vəziyyətə baxsaq, Çorçana kəndində nəzarət-buraxılış məntəqəsinin açılmasının çox ağır nəticələri olub. Əsaslı şübhə var ki, bu, qarşıdurma yaratmaq məqsədilə qəsdən edilib”, - Volski deyib.

Vitse-spiker 2019-cu ilin 20 iyun hadisələrinə gəlincə bildirib ki, Strasburq məhkəməsi polisin qanunsuz hərəkətlərinin araşdırılmasını tələb edib.

“Baş verənlərin qiymətləndirilməsi faktlarla möhkəmləndirilməlidir. Bu halda müvafiq strukturlar Qaxariyanın ekstradisiyasını tələb edə bilərlər”, - Volski əlavə edib.

Qeyd edək ki, Gürcüstan Baş Prokurorluğu Qaxariya barəsində cinayət işi açıb. İş 2019-cu ilin 20-21 iyun hadisələri və işğal xətti yaxınlığında yerləşən Çorçana kəndində polis postunun yaradılması ilə əlaqəlidir. İttihamlara əsasən keçmiş hökumət başçısı 13 ilədək həbs müddəti ilə üzləşə bilər.

Xatırladaq ki, Qaxariya 2017-2019-cu illərdə Gürcüstanın daxili işlər naziri, 2019-2021-ci illərdə isə Baş naziri olub. O, bu ilin iyununda Gürcüstanı tərk edib, hazırda Almaniyada uzunmüddətli viza əsasında yaşayır. Beynəlxalq qanunvericiliyə əsasən, o, Gürcüstana təhvil verilə bilməz və yalnız Gürcüstana döndüyü zaman həbs oluna bilər.

Избранный
25
3
apa.az

4Источники