RU

Zəngəzurda qeyri-adi demarkasiya?

Paşinyan Zəngəzur dəhlizinin Ermənistan ərazisinə düşən hissəsində işlərin gələn ildən başlanacağını bəyan edib. Onun müavini, sərhədin delimitasiyası üzrə komissiyanın sədri Mher Qriqoryan isə qeyd edib ki, “TRİPP layihəsi Zəngəzurda qeyri-adi demarkasiya prosesi həyata keçirilə bilər”.

Vaşinqton anlaşmasından sonra amerikalı nümayəndə heyətinin İrəvana intensiv səfərləri ABŞ-ın işlərin sürətləndirilməsi üçün Ermənistanı tələsdirdiyi təəssüratını yaradır. Lakin layihənin reallaşması üçün dəhlizin keçdiyi istiqamətlərdə sərhədin delimitasiyası zərurəti var. Bunu dəhlizdən digər ölkələrin də istifadə etməsi və daşımaların təhlükəsizliyi amilləri də şərtləndirir. Paşinyan və Qriqoryanın açıqlamaları da təsdiq edir ki, Zəngəzur dəhlizinin Ermənistan hissəsində işlərin başlanmasına qədər – yaxın aylarda sürətli delimitasiya baş verə bilər.

Delimitasiya iki hissədə - həm Zəngilan-Mehri, həm də Qərbi Zəngəzurla Naxçıvan Muxtar Respublikası sərhədində aparılmalıdır. Bu perspektiv delimitasiya prosesində hansı ərazilərin qaytarılması suallarını da yaradır.

Zəngəzurun Ermənistana birləşdirilməsindən sonra SSRİ-nin qurulmasından dağılmasına qədərki dövrdə Azərbaycan əraziləri ermənilərə “bağışlanıb”: Naxçıvanın 657 kvadratkilometr ərazisi, Nüvədi və bir çox ərazi bura daxildir;

Delimitasiya prosesində bu ərazilərin qaytarılması, yaxud nə qədərinin qaytarılması mümkün ola bilər?
Sərhədin Qazax istiqamətində delimitasiyasında Alma-Ata bəyanaməsinə istinad, eləcə də paraflanan sülh sazişində sovet dövründəki xətlərin əsas götürülməsi qeydi SSRİ dövründə verilən ərazilərin qaytarılmasını sual altına salır. Hərçənd, iki məqam Qriqoryanın da dediyi kimi, “qeyri-adi delimitasiya”nın baş verə biləcəyi gözləntisini yaradır.

Birincisi, Qazax istiqamətindəki delimitasiyada Ermənistanın istəyinə uyğun olaraq, Alma-Ata bəyannaməsinə istinadın əsas məqsədi 4 kəndin qaytarılması idi və rəsmi Bakı buna nail oldu;
İkincisi, paraflanan sülh sazişində Alma-Ata sənədi və SSRİ xətləri qeyd olunsa da, tərəflərin mübahisəli məsələləri dinc yolla həll etməsi də yer alır ki, bu da delimitasiyanın nəticələrinə danışıqların gedişatınıntəsir edə biləcəyi gözləntisini yaradır;

Избранный
38
5
aznews.az

6Источники