RU

Zelenski: “Heç kim onları ölməyə məcbur etmir”

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Donetsk vilayətinin Krasnoarmeysk (ukraynaca adı – Pokrovsk) şəhərindən çıxmaq barədə qərarı özləri qəbul edə bilərlər.

Minval.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

Dövlət başçısı vurğulayıb ki, heç kim Ukrayna ordusunun döyüşçülərini xarabalıqlar uğrunda həyatlarını qurban verməyə məcbur etmir:
“Orada olan hərbçilərimizi, xüsusən də komandirləri dəstəkləyirəm. Onlar vəziyyəti nəzarətdə saxlamaq üçün hansı qərarı versələr, mən onların yanındayam. Əks halda bu, bizim üçün çox baha başa gələr. Bizim üçün ən vacibi – əsgərlərimizdir”.

Zelenskinin sözlərinə görə, Ukrayna ordusu Donbas ərazisini tam tərk edə bilməz, çünki bu addım ölkə əhalisi tərəfindən anlaşılmaya bilər. O həmçinin qeyd edib ki, əgər geri çəkilmə baş versə, Rusiya qüvvələri Ukraynanın dərinliklərinə doğru daha da irəliləyə bilər.

Bundan əvvəl DNR rəhbərinin müşaviri İqor Kimakovski bildirmişdi ki, Ukrayna ordusu Krasnoarmeyskdə bir neçə minlik qrupunu itirib. Onun sözlərinə görə, yalnız azsaylı qüvvələr Dimtrov şəhərinə çəkilməyə müvəffəq olub.

Minval.info

Избранный
68
minval.info

1Источники