RU

"Dünyanın heç bir yerində belə təhsil sistemi yoxdur" - Emin Əmrullayev

"1-5 yaşında olan uşaq məktəbəqədər təhsilə getməlidir. Bir uşağın dövlətə düşən xərci 4500 manatdır. Ümumilikdə Azərbaycanda 600 min uşaq var. Bütün uşaqları məktəbəqədər təhsilə göndərmək istəyiriksə, bu təxminən 2,7 milyard manat edir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Tək bu vəsaitin növbəti illərdə məktəbəqədər təhsilə xərclənməsi qeyri-real görünür. Dünyanın heç bir yerində belə təhsil sistemi yoxdur ki, dövlət məktəbəqədər təhsilə gedən bütün uşaqların təhsil haqqını ödəsin. 100% dövlət tərəfindən maliyyələşən model tapmaq çətindir. Bu problemin həllinin fərqli alternativ tələb etdiyini nəzərə alaraq son illər alternativ modellər tətbiq edirik", - deyə nazir bildirib.

Anar Kəlbiyev

Избранный
83
50
unikal.az

10Источники