RU

Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən əcnəbilərin məhkəməsi üzrə hazırlıq iclası keçirilib

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşdıqlarına görə, polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşı - Alzaman Mahdi Ali , Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Olaylar.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərin vəkilləri müvəkillərinin əməlində cinayət tərkibi olmadığını əsas gətiriblər. Həmçinin vəkillər cinayət işinə xitam verilməsini məhkəmədən xahiş ediblər.

Vəkil məhkəməyə bildirib ki, müvəkkili harada olduğunun fərqində olmayıb:

"Mədəniyyətlərimiz fərqlidir. Qəbirlərimiz ayrı formadadır. Onlar bilməyiblər haradadırlar. Yanlış anlaşılma olub. İşə xitam verilməsini xahiş edirəm".

Digər vəkillər vəsatəti müdafiə edib.

Dövlət ittihamçısı vəsatəti əsassız hesab edib və təmin edilməməsini və işin baxışa verilməsini xahiş edib.

Hakim vəsatəti təmin etməyib və işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası 27 noyabrda keçiriləcək.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
3
olaylar.az

4Источники