RU

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsi başlayıb - YENİLƏNİB

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib və təqsirləndirilən şəxslərin hüquq və vəzifələri izah edilib.

Təqsirləndirilən şəxslər tərcüməçi ilə təmin olunub. Onların vəkilləri müvəkillərinin əməlində cinayət tərkibi olmadığını əsas gətirib və cinayət işinə xitam verilməsini xahiş ediblər.

Vəkillər bildirib ki, onlar harada olduqlarının fərqində olmayıblar. Yalnız ona kənardan irad bildirildikdən sonra QR kodla Şəhidlər xiyabanında olduğunu anlayıblar.

Dövlət ittihamçısı vəsatətləri əsassız hesab edib və təmin edilməməsini, təqsirləndirilən şəxslər barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilmədən işin baxışa verilməsini istəyib.

İş üzrə zərərçəkən şəxs qismində tanınan şəhid Etibar Fərəcovun qohumu Eldəniz Fərəcov da işin baxışa verilməsini istəyib.

Hakim vəsatəti təmin etməyib və işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Məhkəmənin baxış iclası 27 noyabra təyin edilib.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

***

09.56

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 əcnəbi ilə bağlı başlanan cinayət işi üzrə məhkəmə başlayır.

APA xəbər verir ki, onlar bu gün Səbail Rayon Məhkəməsində hakim qarşısına çıxarılacaq.

Cinayət işinə hakim Azər Tağıyev sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

"Cebheinfo.az"

Избранный
14
3
cebheinfo.az

4Источники