RU

Uşaqlıq dostu ilə eyni gündə şəhid oldu -

Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarədə şəhid olan Ramazan Yağızın hekayəsi hər kəsi kövrəldib.Metbuat.az xəbər verir ki, Hava Qüvvələri Astsubayı Ramazan Yağız, üç il əvvəl – 11 noyabr 2022-ci ildə şəhid olan uşaqlıq dostu və kəndlisi Emre Sevinçi sosial mediada yad edib. O, paylaşımında “Şəhadətinin ildönümündə məkanın cənnət olsun, yiğidim” yazıb. Bu paylaşımından cəmi bir neçə saat sonra Ramazan Yağız da şəhid olub.Emre Sevinçin atası Mehmet Sevinç sosial şəbəkədə oğlunun və Ramazanın fotosunu paylaşaraq yazıb:“Cənnətdə qovuşmaq üçün eyni günəmi sözləşdiniz, igidlərim? Eyni kəndin, eyni torpağın övladları…”

Qeyd edək ki, Azərbaycanın Gəncə şəhərindən Türkiyəyə qayıdan “C-130” tipli hərbi təyyarə Gürcüstan sərhədində qəzaya düşüb.

Избранный
39
1
metbuat.az

2Источники