RU

"Dedi ki, Azərbaycandan sənə çay almışam" - Qəzada ölən hərbçinin atası - FOTO

Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan 27 yaşlı hərbçi Berkay Karacanın atası Nedim Karaca açıqlama verib.

Milli.Az xəbər verir ki, ata qəzadan bir gün əvvəl oğlu ilə telefonla danışıb:

"Oğlum mənə dedi ki, 'Ata, sən çayı çox sevirsən deyə, Azərbaycandan sənə çay aldım'. Mənə zarafatla sataşırdı. 'Bir qrup adam getdi, sonra biz də gələrik' dedi. Amma gələ bilmədi" .

Təqaüdçü əsgər olan Nedim Karaca oğlunun da öz izindən gedərək hərbçi olduğunu söyləyib:

"Oğlum işini çox sevirdi. Səkkiz il xidmət etdi. Bu il təyinatla bağlı idi. Dəfələrlə deyirdi ki, 'Ata, qayıdacağam, köçürülmə üçün müraciət edəcəyəm'. Amma nəsib olmadı" .

Dərin kədər içində danışan ata sözlərini belə tamamlayıb:

"Oğlumun toyunu yox, yasını edirəm. O, anasına demişdi: 'Ana, mən şəhid olacağam, sən də Vətən sağ olsun deyəcəksən, möhkəm dayanacaqsan'. Yaşasın Vətən" .

Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus "C-130" tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
37
2
milli.az

3Источники