RU

Ermənistan MTX yeni həbslərə başlayıb - VİDEO

Cinayət Axtarış İdarəsində aparılan araşdırmalar çərçivəsində Narek Samsonyan və Vazgen Saqatelyanın evlərində axtarışlar aparılır. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə MTX-nin Cinayət Axtarış İdarəsi məlumat yayıb. 

Məlum olub ki, Narek Samsonyan tutularaq istintaq idarəsinə aparılıb. Vazgen Saqatelyan da evində aparılan axtarışlardan sonra MTX əməkdaşları tərəfindən aparılıb. 

Qeyd edək ki, Narek Samsonyan və Vazgen Saqatelyan bir neçə gün əvvəl üçüncü prezident Serj Sarkisyanın qonaq olduğu “İmnemnim” podkastının aparıcısı olublar. 

Ağarza Elçinoğlu 

Избранный
35
1
unikal.az

2Источники