RU

Perulu rəssam Sol Alexonun alpakaları Bakıda Heydər Əliyev Mərkəzində

Bakı. Trend:

Dekabrın 18-də Heydər Əliyev Mərkəzində perulu rəssam SolAlexonun “And və Qafqaz dağları arasında təxəyyül dünyası” (TheImaginary World between the Andes and the Caucasus) adlı sərgisininaçılışı olacaq.

Trend xəbərverir ki, sərgidəki əsərlərin əsas qəhrəmanları isə And yaylasınınrəmzinə çevrilmiş alpakalardır. Sol Alexonun rəsmlərində onlarinsani duyğularla təsvir edilir.

Ziyarətçilər rəssamın xüsusi olaraq Bakı sərgisi üçün yaratdığıəsərləri də görə biləcəklər. İlk dəfə təqdim ediləcək həminəsərlərdə müəllif qəhrəmanlarını Bakının və Şamaxının tarixiabidələri, görməli məkanlarında təsvir edir: Şamaxıdakı Alpakafermasında, Bakının Şeytan çarxında, Bakı bulvarını seyr edərkən,Heydər Əliyev Mərkəzinin qarşısında və digər məkanlarda.

Bu günədək 60-dan çox yerli və beynəlxalq sərginin iştirakçısıolan Sol Alexo gənc yaşlarından incəsənətə maraq göstərib. O, Andvə Qafqaz dağlarının təbiətindən ilhamlanaraq yaratdığı əsərlərindəsərhədlərdən asılı olmayan, həm And, həm də Qafqaz dağlarındayaşayan alpakaların ümumiləşmiş obrazı ilə incəsənətinmədəniyyətlərarası körpü rolunda çıxış etdiyini vurğulayır. Onunəsərlərində alpakalar təkcə süjet xətti deyil, həm də rəmzi vəemosional məna daşıyır.

Избранный
26
7
az.trend.az

8Источники