RU

Ağstafada ağır qəza -

Ağstafa rayonunda avtomobilin aşması nəticəsində beş nəfər xəsarət alıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Ağstafa rayonunun Poylu kəndi ərazisində idarəetmədən çıxan "Ford" markalı avtomobil yol kənarına aşıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1988-ci il təvəllüdlü Ə.Məmmədova, 1984-cü il təvəllüdlü G.Qarayeva, 1983-cü il təvəllüdlü N.Muğalova, 1988-ci il təvəllüdlü L.Cəlilova və 1984-cü il təvəllüdlü R.Əliyev xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
23
6
metbuat.az

7Источники