RU

Kiyev Moskva ilə sülh danışıqlarını dayandırıb

Ukrayna XİN rəhbərinin müavini: Bu il irəliləyiş olmadığı üçün prosesə son verildi…

Poliqon xəbər verir ki, Ukraynanın xarici işlər nazirinin müavini Sergey Kislıtsa The Times qəzetinə müsahibəsində KiyevMoskva arasında aparılan sülh danışıqlarının rəsmi şəkildə dayandırıldığını bildirib. Diplomat vurğulayıb ki, bu il Rusiya ilə aparılan sülh danışıqları ciddi nəticə vermədiyinə görə onlar dayandırılıb.

Kislıtsanın sözlərinə görə, Ukrayna yay aylarından bəri beynəlxalq tərəfdaşlardan daha fəal vasitəçilik gözləyir və Kiyev Qərb ölkələrindən Rusiya prezidenti Vladimir Putini Ukrayna lideri Vladimir Zelenski ilə şəxsən görüşməyə sövq edə biləcək addımlar tələb edir. O qeyd edib ki, Kiyev diplomatik həll yoluna hələ də açıqdır, lakin hazırkı format nəticə vermədiyi üçün yeni yanaşma zəruridir.

The Times yazır ki, prezident Zelenskinin tapşırığı ilə Sergey Kislıtsa Rusiya, ABŞNATO müttəfiqlərinin iştirakı ilə sülh prosesini koordinasiya edən əsas fiqurlardan biridir. Qəzet qeyd edir ki, Ukrayna tərəfi diplomatik səylərin dalana dirəndiyini hesab edir və Moskvanın mövqeyində dəyişiklik baş vermədikcə danışıqların bərpası mümkün görünmür.

Kislıtsa müsahibəsində bildirib ki, Kiyev hazırda əsas diqqəti daxili təhlükəsizlik tədbirlərinə, müdafiə qabiliyyətinin gücləndirilməsinə və müttəfiqlərlə koordinasiyaya yönəldir. O həmçinin Qərb ölkələrinə çağırış edərək, sülh prosesinə yeni impuls verə biləcək təzyiq mexanizmlərinin nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

Poliqon.info

Избранный
111
18
poliqon.info

8Источники