RU

Qəza günü konsert verən Sibelcan tənqid olundu – “Nəyə gülürsən?…”

Türkiyənin təyyarə qəzasında 20 şəhid verdiyi gün konsert proqramı ilə çıxış edən müğənni Sibel Can tənqid hədəfi olub.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, ifasından öncə qəza ilə bağlı danışan Sibelcanın gülümsəməsi  sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqid olunub.

Görüntülərə “ayıb olsun”, “gərək konserti ləğv edərdin”, “niyə gülə-gülə danışırsan” tipli şərhlər gəlib.

Xatırladaq ki,Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsinin bütün ekipaj üzvü (20 nəfər) həlak olub.

Избранный
23
5
konkret.az

6Источники