RU

“Xilasedici” “Styaua” ilə ilk matçında məğlub oldu - ARENA.AZ

Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunun 2025/2026-cı illər mövsümündə ilk matçına çıxıb.

Arena.az xəbər verir ki, Bakı təmsilçisi bu turnirin 1/32 final mərhələsi çərçivəsində Rumıniyanın “Styaua” komandası ilə qarşılaşıb.

Sözügedən komandaların ilk görüşü Rumıniyada baş tutub. Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə bitib.

Tərəflər arasında cavab görüşü noyabrın 20-də Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək. “Xilasedici”nin ev sahibi olacağı bu oyuna saat 18:00-da start veriləcək.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
13
21
arena.az

10Источники