RU

Anton Krivotsyuk: “Bizi İslandiya ilə çətin oyun gözləyir”

Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyuk İslandiya yığması ilə oyundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və İslandiya yığmaları DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində sabah Bakıda üz-üzə gələcəklər.

Anton Krivotsyuk bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqibimizi yaxşı tanıyırıq, rəqibi analiz etmişik. İslandiya yığması güclü komandadır. Heyətlərində keyfiyyətli və kreativ oyunçular var. Bilirik ki, bizi çətin oyun gözləyir. Lakin matça yaxşı hazırlaşmışıq. Sabah uğurlu performans göstərəcəyimizə və yaxşı nəticə əldə edəcəyimizə inanıram”.

Krivotsyuk Azərbaycan dilində danışmasına da aydınlıq gətirib:

“İki ilə öyrənmişəm. Amma uzun müddətdir danışmırdım. İndi yaxşı şansım var ki, sizinlə belə danışım”.

Milli üzvü yeni baş məşqçi Ayxan Abbasovun gəlişindən sonra nələrin dəyişdiyinə dair suala isə belə cavab verib:

“Çox şey dəyişməyib. Ayxan müəllimin gəlişindən sonra görürsünüz ki, indi hamıda milli ruh və yaxşı kollektivimiz var. Yaxşı nəticələr göstərməyə çalışırıq. Bunu başa düşürük. İnanıram ki, sabah da bunu göstərə bilərik”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
15
32
arena.az

10Источники