RU

Təmsilçimiz İslam Həmrəyliyi Oyunlarının QALİBİ OLDU

Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb. Ajans.az xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada türkiyəli Eda Eltamurla üz-üzə gəlib. Rəqibini 5:3 hesabı ilə məğlub edən İ. Zaretska İslamiadanın üçqat qalibi olub.

Qeyd edək ki, daha əvvəl Mədinə Sadıqova (55 kiloqram) və Roman Heydərov (kata) VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıblar.

Избранный
26
9
Ajans.az

10Источники