RU

Saakaşvili həbsxanaya qaytarılıb

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin səhhəti qənaətbəxş olduğu halda xəstəxanadan həbsxanaya qaytarılıb.

Busaat.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

“Məhkum Mixail Saakaşvilinin səhhəti qənaətbəxş olduğundan və stasionar müalicəyə ehtiyacı olmadığından o, mülki sektorun klinikasından buraxılıb və 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb”, – Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin bəyanatında deyilir.

Qeyd olunur ki, Saakaşvili cəzasını müəssisədə standart əsaslarla çəkməyə davam edəcək.

Bundan əvvəl Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri Giorgi Qabunia bəyan etmişdi ki, Saakaşvili siyasi cəsəddir və onun yeganə missiyası əməllərinə görə qanun qarşısında tam cavabdeh olmaqdır.

Yeganə

Избранный
20
11
busaat.az

10Источники